AZ

22 tondan artıq çətənə kolu məhv edilib

İyulun 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ümumi çəkisi 22,6 tondan artıq olan 25 883 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bakues.az xəbər verir ki, narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması məqsədilə həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində qanunsuz əkilmiş çətənə kolları yerindəcə yandırılaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
15
2
icma.az

10Mənbələr