AZ

Yabanı halda bitmiş 1000-ə yaxın çətənə kolu məhv edilib

Bakı, 22 iyul, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 21-də ümumi çəkisi 1,7 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1,5 tona yaxın çəkidə 887 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

phrase_var_article.chosen
0
11
azertag.az

10phrase_var_article.sources