AZ

Ağdam və Ağdərə rayonlarının ərazisində güclü yanğın başlayıb - VİDEO - YENİLƏNİB

Ağdam və Ağdərə rayonları ərazisində başlayan yanğın hazırda davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, yanğınlar əsasən Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd və Qazançı kəndləri ərazisində baş verib.

Alovla mübarizə davam edir.

***

22:36

Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, qəfil başlayan yanğın surətlə geniş ərazilərə yayılıb.

Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.

Ağdam
phrase_var_article.chosen
17
6
apa.az

7phrase_var_article.sources