Ağdam və Ağdərə rayonları ərazisindəki kolluq və otlaq ərazilərdə güclü yanğın başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, qəfil başlayan yanğının miqyası surətlə geniş ərazilərə yayılıb.
Hazırda yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər görülür.
