Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə güclənib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.
Qeyd edək ki, "Kəpəz" daha öncə Adil Şükürov (baş məşqçi), Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofananı (son klubu “Adanaspor”, Türkiyə) transfer edib.
"Araz"ın rəqibindən növbəti transfer
"İnter"in forvardı Serbiya klubunda - RƏSMİ
"Bavariya"nın yarımmüdafiəçisi Premyer Liqaya qayıda bilər
"Real"da zədə problemi: ENDRİKİN DURUMUNA AYDINLIQ GƏLDİ
"Spartak" "Qalatasaray"ın müdafiəçisini istəyir: DANIŞIQLAR DAVAM EDİR