Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 808,4 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Bakıvaxtı.az Report-a istinadən bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.
İndiyə qədər vətəndaşlara geri qaytarılan ƏDV-nin ümumi məbləği isə 3 milyon manatı keçib.