Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 760 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bakues.az “Report”a istinadən xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı əlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu, ötən eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycanda 62 milyard 78,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox ÜDM istehsal olunub. Başqa sözlə, muxtar respublikada iqtisadi artım tempi ölkə üzrə göstəricini 3 dəfə üstələyib.