AZ

Vaşinqtondan BMT-yə büdcə təzyiqi – ÖZƏL

ABŞ-nin BMT-nin büdcəsinə ayırdığı vəsaiti azaltmaq planı təşkilatın işinə ciddi zərbə vura bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Foreign Policy jurnalı məlumat yayıb. 15 iyulda Senatda ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uoltsun BMT-də ABŞ-nin daimi nümayəndəsi vəzifəsinə təsdiqlənməsi ilə bağlı dinləmələr zamanı bu məsələ gündəmə gəlib.

Məqalədə qeyd edilir ki, BMT artıq ciddi büdcə kəsiri ilə üz-üzədir. 2026-cı ildə maliyyə çatışmazlığı səbəbilə təşkilatın Katibliyində çalışanların sayının 20% azaldılması nəzərdə tutulur.

Senat dinləmələrində Mayk Uolts bildirib ki, ABŞ sülhməramlı əməliyyatları, terrorla mübarizə və humanitar yardım sahəsində maliyyələşməni davam etdirəcək, lakin bütün xərclər ciddi yoxlamadan keçiriləcək.

Jurnalın fikrincə, Prezident Donald Trampın administrasiyası BMT-yə maliyyə ayırmalarını tam dayandırmasa da, Vaşinqtonun maraqlarına zidd, ideoloji əsaslı və ya qeyri-effektiv saydığı xərcləri ixtisar edəcək. Bu isə, müharibədən sonra ABŞ-nin təşəbbüsü ilə yaradılmış beynəlxalq sistemin zəifləməsi ilə nəticələnə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
87
12
olaylar.az

10Mənbələr