Goranboyda 75 yaşlı qadını ilan sancıb.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1950-ci il təvəllüdlü Z Məhyəddinova həyətdə işləyərkən ilan sancıb.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.
Vəziyyətinin orta ağır olduğu bildirilir.