Goranboy sakinini ilan sancıb.
"Cebheinfo.az" xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb. Kənd sakini 1950-ci il təvəllüdlü Z. Məhyəddinovanı həyətdə işləyərkən ilan sancıb. O, xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.Vəziyyətinin orta ağır olduğu bildirilir.
"Cebheinfo.az"