AZ

Azərbaycan I yarımildə borc ödənişinə 1 milyard manatdan çox vəsait yönəldib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 6 %-i və yaxud 1 milyard 027,5 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,1 % azdır.

Yarımildə daxili dövlət borcu üzrə 328,7 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 698,8 milyon manat olmaqla (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat) ödənilib.

Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.

phrase_var_article.chosen
0
3
report.az

10phrase_var_article.sources