"Bavariya"nın üzvü Joao Palhinya İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, “Tottenhem” 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa klubu Yves Bissumanın komandadan ayrılması halında Palhinyanı heyətinə qatmağı planlaşdırır.
"Bavariya" portuqaliyalı futbolçunu satmağa müsbət yanaşır. Münhen təmsilçisi Palhinyanı transfer etmək istəyən klublardan 30 milyon avro tələb edir.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi ötən yay “Fulhem”dən Münhen klubuna transfer olunmuşdu.
"Araz-Naxçıvan"ın rəqibindən ardıcıl 2 transfer
Onyekuru yenidən Super Liqada
"Çelsi" futbolçusuna astronomik qiymət qoyub - 115 milyon!
De Xea Premyer Liqaya qayıtmamasının səbəbini açıqlayıb
Arda Turan keçmiş yetirməsini “Şaxtyor”a gətirir?