AZ

"İki dəqiqəlik ölüm: Nikolenin o dünyadan gətirdiyi mesaj" - "Daily Mail"

"Bu dünya yalnız bir xülyadır, həqiqi həyat isə ölüm qapısından o tərəfdə başlayır..."

Yunanıstanda yaşayan 49 yaşlı Nikole Meevs doğuş zamanı ağırlaşmalar nəticəsində ürəyi dayananda rəsmi olaraq ölü elan edilib. Cəmi iki dəqiqə. Amma həmin 120 saniyə onun həyatını və düşüncələrini əbədi olaraq dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

Nəşr yazır ki, Nikole artıq yenidən dünyaya qayıdıb və gördüklərini paylaşmaqdan çəkinmir. Onun hekayəsi sanki fantastika ilə gerçəyin sərhədlərində addımlayır: bədənindən ayrılmaq, işıqla dolu bir tunel, qeyri-adi varlıqlarla telepatik ünsiyyət və dərin bir anlayış - bu dünya yalnız bir illüziyadır.

"Məni evə çağırırdılar"

Nikole danışır ki, xəstəxana çarpayısında hərəkətsiz uzandığı anda şüuru bədənindən ayrılıb və o, mavi-ağ işıqdan ibarət canlı bir tuneldə olub. Bu tunel onu qorxutmayıb, əksinə, evə qayıtmaq hissi oyadıb.

"Bu işığın səsi, istiliyi, musiqiyə bənzər bir tonu vardı. Sanki su ilə bəstələnmişdi. Mən o işığın içindən keçib nəhəng, parlayan bir məkana düşdüm", - Nikole xatırlayır.

O, məkanı təsvir edərkən gözlərindəki dərinlik hiss olunur: qeyri-yerüstü rənglər, gümüşü parlaqlıqlar, yumşaq bənövşəyi tonlar, sanki nəbz kimi döyünən divarlar... və sonra onlar peyda olur.

"Avatar" filminin personajlarına bənzər varlıqlar və "gerçək həyat"

Nikolenin təsvir etdiyi varlıqlar James Cameronun məşhur "Avatar" filmindəki hündürboy, mavi dərili, dərin gözlü və həm insana, həm də təbiətə bağlı Navi qəbiləsini xatırladır. Onlar da film personajları kimi sözlə yox, hiss və düşüncələrlə ünsiyyət qurur, ətrafa ruhani bir harmoniya saçırdılar.

Nikolenin qarşısına çıxan varlıqların dərisi mavi tonlarda, üz cizgiləri isə insana bənzəyirdi. Onlar danışmırdılar, amma düşüncələrini birbaşa beyninə ötürürdülər. Deyirdilər ki, dünya həyatı bir xəyal kimidir - əsl həyat ölüm anından sonra başlayır.

"Onlar həm kişi, həm qadın idilər. Gözləri indigo rəngində və şəfqətlə dolu idi. Üzlərində zərif qəlsəmələr, ayaqlarının yerində isə balıq quyruqları vardı. Onlar mənə dedilər ki, mən bu dünyada ana olmaq üçün deyil, o tərəfdən xəbərlər gətirmək üçün varam". Nikole doğuş zamanı körpəsini itirmişdi. Varlıqların dediyi bu sözlər onun ağrısını yumşaltmasa da, həyatına yeni bir məna qazandırmışdı.

"Ölmək deyil, qayıtmaq"

Nikole deyir ki, orada vaxt anlayışı yox idi, amma yaşadığı hər şey sonsuzluq qədər dərin idi. Lakin qəfil bir qüvvə onu geriyə - bədəninə qaytardı. "Qayıtmaq istəmirdim. Orada özümü daha doğma, daha anlaşılmış hiss edirdim. Həmin yer mənim əsl evim idi. Oradan gəldiyimizə əminəm. Ölüm son deyil, geriyə dönüşdür".

Ərinin - 65 yaşlı həkim Xristosun sözlərinə görə, Nikole ayıldıqdan sonra bir neçə dəqiqə ərzində heç vaxt öyrənmədiyi bir dildə yüksək səslə danışmağa başlayıb. "Sanki delfinlərin çıqqıltılarına bənzəyirdi", - o, xatırlayır. Nikole isə deyir: "Bu sözlər içimdən yox, məndən keçib gəlirdi". O, artıq həyatını tamam fərqli görür: səsləri rəng kimi hiss edir, dünyanı daha aydın anlayır. Özünü yenidən doğulmuş sayır.

"Məqsədim sevginin gücünü yaymaqdır"

Nikole inandığını söyləyir: onu qarşılayan varlıqlar qədim əfsanələrdə adı keçən, bəşəriyyətə sivilizasiya bəxş etmiş nə yadplanetli, nə də insan, sadəcə, ilahi biliyin daşıyıcıları olan Apkallu adlı ölçülərarası varlıqlardır. O gündən bəri onun əsas missiyası var: "İnsanlara sevginin ölümdən güclü olduğunu xatırlatmaqdır".

"Sevgi həmişə qalib gəlir. Biz hamımız eyni qaynaqdan gəlmişik - sərhədlər, dinlər, siyasət fərq etmir. Hər şey bir qığılcımdan yaranıb. Əgər insanlar qorxuya, nifrətə və yalanlara bağlanmağa davam etsə, onları idarə etmək daha asan olur. Amma əgər hər gün bir az da çox sevgi yaymaq mümkün olsa, Yer üzündə cənnət yaratmaq mümkündür". Maraqlıdır ki, son illər ABŞ-ın müxtəlif ştatlarında klinik ölüm keçirən üç fərqli şəxs də eyni mesajı aldıqlarını bildirib: dünya həyatı yalnız bir xülyadır, həqiqi həyat isə ölüm qapısından o tərəfdə başlayır.

Seçilən
22
50
moderator.az

10Mənbələr