AZ

Zaqatalada açıq ərazidə yanğın oldu - FOTO

Zaqatala şəhəri ərazisində yanğın olub. 

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Zaqatala şəhəri Əhməd Mahmudov küçəsində kol-kos, xırda ağaclıq olan ərazidə yanğın baş verib.

Yanğın genişlənərək yaxınlıqdakı evlərə və obyektlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 300 kv/m sahədə kol-kos, xırda ağaclar və məişət tullantıları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

FOTO QALEREYA
Seçilən
0
40
avtosfer.az

10Mənbələr