AZ

"Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq toplantı keçirilib - FOTO

Bu ilin 15–19 iyul tarixlərində Tacikistan Respublikasının Gülüstan şəhərində "Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması" mövzusunda elmi-praktik konfrans və "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq toplantı keçirilib.

Avtosfer.az xəbər verir ki, sözügedən tədbirlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Quliyev, həmin idarənin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev, eləcə də Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda iştirak edib.

İştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin toplandığı elmi-praktik konfransda yol hərəkət iştirakçıları, xüsusilə uşaqlarda yol hərəkəti təhlükəsizliyinə dair bilik və praktiki bacarıqların formalaşması, bu sahədə tədris metodlarının təkmilləşdirilməsi və ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri geniş müzakirə olunub.

​​​​​​Eyni zamanda, "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq tədbirdə müxtəlif nominasiyalar üzrə yarışan komandalar - yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyi ilə bağlı praktik vərdişlər, komandada işləmək bacarığı və digər sahələr üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, ölkəmizi təmsil edən məktəblilərdən ibarət nümayəndə heyəti uğurlu çıxış edərək yüksək nəticə göstəriblər.

FOTO QALEREYA
Seçilən
28
48
avtosfer.az

10Mənbələr