“Suda yaşayan “Vibrio” bakteriyası ilə yoluxma sürətli susuzluğa və ölümə səbəb olur”.
Qaziler.az-ın məlumatına görə, bunu tibb elmləri namizədi, həkim Andrey Kondraxin “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, xəstəliyin ilk əlamətlərində dərhal həkimə müraciət etmək lazımdır.
“Söhbət vəba bakteriyasından gedirsə (Vibrio cholerae.), onda nəzərə almalıyıq ki, bunlar mədə-bağırsaq traktının problemləridir. Orqanizmdə qastroenteroloji dəyişikliklər başlayır. İlkin əlamətləri qarnın getməsi, yəni təkrarlanan boş nəcisdir. İnsan çox tez su itirə və ölə bilər. Buna görə də, bu vəziyyətdə dərhal həkimə müraciət etmək lazımdır, əks halda gecikdikdə kömək etmək çox çətin olur. İnsanlar bakteriyadan deyil, bədənin sürətlə su itirməsindən ölürlər, - Kondraxin bildirib.
QAZİLER.AZ