AZ

7 oğul istərəm ... İlanlarla mübarizə aparanlara mif kömək edə bilərmi?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu il havalar daha çox isti keçdiyi üçün bağlarda, həyətlərdə hətta dənizdə belə ilanların artdığının şahidi oluruq. Təbii ki, hər kəs qarşılaşdığı zaman ilanı öldürməyə çalışır. Amma ilanı öldürərkən onlar haqqında olan mifləri də unutmamaq lazımdır. Bu miflər onların xarakteriilə əlaqələndirilir.

Əslində Qafqazda sürünənlər arasında mütləq zəhərli əksəriyyəti təşkil edən Qafqaz və çöl gürzələri səs-küydən və insanlardan mümkün qədər uzaqda yaşamağa üstünlük verirlər.

İlanlar haqqında olan miflərdən biri onların 7 qardaş olması ilə bağlıdır. Mütəxəssislərin fikrincə, ilanlar haqqında “7 qardaş” mifi daha realdır.

Təbiətdə ilanlar adətən kiçik qruplarda yaşayırlar. Belə qrupları onların cütləşməsi və qışlaması zamanı müşahidə etmək olar. Adətən, bu cür qruplar eyni rəng və formada ilanlardan ibarətdir, çünki onlar eyni yaşayış sahəsinin və eyni dövrün yumurtalarından əmələ gəlirlər.

Qruplarda ilanların sayı 2-10 və daha çox ola bilər. Bu da o deməkdir ki. əgər kimsə bu “ailə”nin üzvü ilə öz bağında rastlaşaraq onu öldürübsə, deməli, nə vaxtsa ailənin başqa bir üzvü ilə görüşmək şansı var. Bu görüş təsadüfi və gözlənilməz olduğu üçün qisas kimi yozulur. Amma ilan şüurlu varlıq olmadığı üçün heç bir qisasdan söhbət gedə bilməz.

İlanlar haqqında başqa mif isə ilanın ulduz görmədən ölməsi ilə bağlıdır. Deyilənə görə, ilan öldürüldükdən sonra ulduz görməsə ölmür. Mütəxəssislər hesab edir ki, bu da sadəcə mifdir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
icma.az

10Mənbələr