AZ

“Nəsibə xanım 3 rolunu mənə həvalə etdi, o teatra girəndə gedib arxada dayanırdım”- ÖZƏL

“İndikilər deyir ki, mənə böyük rol verin, mən ulduzam”
 
“Bizim çəkdiyimiz əziyyəti indiki aktrisalar, aktyorlar çəkmir. Gələn kimi deyirlər ki, “mənə böyük rol verin, mən ulduzam, filankəsəm, filanam”. Biz bunu etmədik. Nəsibə xanım teatra girəndə Kübra gedib arxada dayanırdı. Çünki ona sayğım, hörmətim var idi. Nəsibə xanım, Siyavuş, Zemfira Quliyeva mənə salam verib, hal-əhvalımı soruşanda xoşbəxt olurdum, özümü yaxşı hiss edirdim. Mən həyəcanla deyirdim ki, görəsən onların içinə girə biləcəm, onların yolunu gedə biləcəyəmmi? Ey gənclər, tələsməyin. Bu sənətdə gərək tələsməyəsən. Sən birdən-birə ulduz olmaq istəsən, tez sönərsən”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. O daha sonra Nəsibə xanıma tamaşalarda dublyor olduğunu bildirib:
 
“Mən teatra gələndə Nəsibə xanım 3 obrazını mənə həvalə edib. “Həyətim mənim, həyatım mənim” tamaşasında Nəsibə xanıma dublyor idim. İstəsəydi özü oynayardı da. O şəraiti, imkanı mənə bir neçə tamaşada yaradıb. Nəsibə xanıma teatrda hamı “məmə” deyirdi. Onun qrimi bir sənət idi. Özü də böyük sənət. Qrim edəndə oturub saatlarla ona baxardıq. Ondan çox şey öyrənmişik. İstər sənətdə, istərsə də həyatda” deyə sənətkar bildirib.
Seçilən
8
14
moderator.az

10Mənbələr