AZ

“Evimi satıb kirayədə qalıram, doğum günümdə dünyasını dəyişən sənət dostum...” - ÖZƏL

“Doğum günümü qızımın yanında, Zaqulbadakı bağlarında ailə üzvlərimlə birlikdə qeyd etdim. Qızım, bacım, kürəkənim, nəvəm və digər qohumlar yığışmışdıq. İnşallah gələn il 65 illik yubileyimdir. Yubileyimi geniş şəkildə qeyd edəcəm. Bilirsiniz ki, bir neçə il bundan əvvəl doğum günümdə rejissor Ələkbər Kazımovski rəhmətə getdi. Çox gözəl insan idi. Bir çoxları doğum günümü yarımçıq saxlamadığıma görə məni qınadı. Biz 2-3 saat gözlədik, sonra davam etdik. Hələ heç ad günüm başlamamışdı. Həyat yoldaşı da gəlib dedi ki, bizə görə ad gününü saxlamayın, siz başlayın. Hadisədir də. Olur”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Musiqili Teatrın aparıcı aktrisası Nahidə Orucova deyib.
 
O daha sonra film və seriallara çəkilməməsinin səbəblərindən də danışıb:
 
“O qədər seriallara, filmlərə dəvət edirlər ki.. Hər şeydə razılaşıram, təkcə maddiyatda dirənirəm. Mənə də yaxşı obraz, ssenari lazımdır ki, rol yaradım. Hamı işləmək istəyir, amma pul vermirlər. Ona görə də mən heç bir seriala, filmə imza atmıram. Problem bundadır. Peşəkar aktrisa bizdə çox azdır. Tək-tükdür. Cavan aktrisalardır, gəlib çəkilib gedirlər. Amma onlar bizim qədər təcrübə keçməyiblər. Biz dərindən keçmişik. Biz Mehdi Məmmədov, Mikayıl Mirzə, Nəsir Sadıqzadə, Fuad Hacıyevin tələbəsi olmuşuq” deyə o bildirib.
 
Aktrisa evini satdığını bildirib:
 
“Tək bir arzum var, o da evimin olmasıdır. Müəyyən səbəblərə görə 3 ildir ki, evimi satmışam, kirayədə yaşayıram. Evim olsa heç bir problemim olmaz. Bilərəm ki, qızıma, nəvəmə özümdən sonra nəsə qoyub getdim. Əlavə qazancım yoxdur. Quru maaşa baxıram. Maaşla da evin kirayəsini verirəm. Nə yaxşı ki, mükafat alıram. Evimi satdığım pula hazırda binanın heç damını da ala bilmərəm. Çünki evlərin qiyməti çox qalxıb. Ona görə də ev ala bilmədim” deyə sənətçi bildirib.
Seçilən
34
29
moderator.az

10Mənbələr