Müəllif: Tamara Mustafayeva, Banco.az
Daşımacılar üçün viza azadlığı müddəti uzadılıb.
Banco.azxəbər verir ki, Belarus Xarici İşlər Nazirliyində keçirilən imza mərasimində Türkiyənin Minskdəki səfiri Güçlü Cem Işık və Belarus Xarici İşlər nazirinin müavini Yevgeni Şestakov iştirak ediblər.
Tədbirdə Belarus və Türkiyə arasında 29 mart 2013-cü il tarixində imzalanmış "Vizaların Qarşılıqlı Ləğv edilməsinə dair Saziş"ə dəyişiklik olunmasını nəzərdə tutan protokol imzalanıb.
Buna əsasən, iki ölkə vətəndaşlarına tətbiq olunan 1 il ərzində 90 günlük viza azadlığı müddəti beynəlxalq yük və sərnişin daşımaları ilə məşğul olan yük maşını, avtobus, qatar, mülki təyyarə və gəmi sürücüləri ilə heyət üzvləri üçün hər 180 gündə 90 günə qədər artırılacaq.
Səfir Işık çıxışında bu protokolun hər iki ölkədəki Beynəlxalq Daşımacılar Assosiasiyalarının ortaq tələbi ilə imzalandığını bildirərək, “Ümid edirəm ki, bu protokol ölkələrimiz arasındakı ticarətə müsbət təsir göstərəcək,” – deyə qeyd edib.
Sözügedən protokol hər iki ölkənin parlamentlərində təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!