Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfdarlarını Eçmiədzin şəhərinin mərkəzində keçiriləcək “mənəvi toplantıya” hazır olmağa çağırıb. Bu çağırış katolikos II Qareginin iqamətgahı olan Ana Taxtın yerləşdiyi ərazidə gərginliyin artacağına dair narahatlıqları artırıb.
Məlumata görə, Paşinyan iyulun 22-də Eçmiədzində yerləşən katolikosun iqamətgahına doğru yürüş keçirməyi planlaşdırır.
KONKRET.az milli.az-a istinadən xəbər ki,”Hraparak” nəşrinin hökumətə yaxın mənbələrə istinadla verdiyi məlumata əsasən, bu aksiya Paşinyanın şəxsi təşəbbüsü ilə hazırlanıb və onun ssenarisi aparat rəhbəri Araik Arutyunyanla razılaşdırılıb.
Yürüşə Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının üzvləri və tərəfdarları cəlb ediləcək. Eyni zamanda, aksiya zamanı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi və din xadimlərindən mümkün müqavimətin qarşısının alınması üçün mülki geyimli polis və xüsusi xidmət orqanlarının da prosesə cəlb ediləcəyi bildirilib.
Xatırladaq ki, yürüşün planlaşdırıldığı tarix – iyulun 22-si – Paşinyanın məzuniyyət dövrünə təsadüf edir. Bu isə bəzi müşahidəçilərin fikrincə, planın daha az rəsmi müdaxilə ilə həyata keçirilməsi üçün seçilib.