AZ

“Benfika” Joau Feliksin transferi üçün 25 milyon təklif edib

Portuqaliyanın “Benfika” klubu Joau Feliksin transferi üçün indiyədək ən ciddi təklifi irəli sürüb.

90deqiqe.Az-ın “A Bola”ya istinadən məlumatına görə, Lissabon təmsilçisi 25 yaşlı hücumçunun transfer hüququnun 50 faizinə görə 25 milyon avro ödəməyə hazırdır.

Hazırda Feliksin hüquqları “Çelsi”yə məxsusdur, lakin London klubunun baş məşqçisi Enzo Mareska yeni mövsüm üçün portuqaliyalı futbolçunu planlarına daxil etmir. Bu isə futbolçunun “Stamford Bric”i tərk etmə ehtimalını artırır.

Feliksə “Vest Hem” və “Vulverhempton” kimi Premyer Liqa klubları da maraq göstərsə də, “Benfika”nın təklifi konkretliyi və irəliləyişə yaxınlığı ilə seçilir. Müqavilənin iyulun sonunadək rəsmiləşdirilməsi planlaşdırılır. Beləliklə, Joau Feliks 31 iyul tarixində “Sportinq”ə qarşı keçiriləcək Portuqaliya Superkuboku matçında debüt edə bilər.

Futbolçu artıq “Benfika” ilə şəxsi müqavilənin əsas şərtləri üzrə razılığa gəlib.

Xatırladaq ki, Feliks məhz “Benfika”da parladıqdan sonra 2019-cu ildə 126 milyon avroya “Atletiko Madrid”ə transfer olunmuşdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib.

phrase_var_article.chosen
12
13
90deqiqe.az

10phrase_var_article.sources