AZ

İndoneziya prezidentinin pişiyinə şəxsi mühafizə ayrıldı

İndoneziya Prezidenti Prabovo Subiantonun pişiyi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

BAKU.WS "South China Morning Post"a istinadən xəbər verir ki, "Bobby" adlı pişiyə şəxsi mühafizəçi təyin edilib.

Prezident tərəfindən doqquz il əvvəl sahiblənmiş keçmiş küçə pişiyi indi rəsmi olaraq prezident əmlakı sayılır. Bu səbəbdən, təhlükəsizlik protokollarına əsasən, pişiyin mühafizəsi dövlət tərəfindən təmin olunur.

Bu hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu dövlət vəsaitlərinin düzgün istifadə olunmaması kimi qiymətləndirib.

Seçilən
2
13
far.az

10Mənbələr