AZ

İndoneziya prezidentinin pişiyi gündəm oldu: Polis onu belə qoruyur

İndoneziyada prezident Prabovo Subiantonun pişiyi Bobbi Kertaneqar rəsmi olaraq dövlət başçısının mülkiyyətinin bir hissəsi kimi tanınıb. İndi o, dövlət xidmətlərindən, o cümlədən şəxsi mühafizədən istifadə etmək hüququna malikdir.

Publika.az "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, bunu Dövlət Katibliyinin müavini Curi Ardiantoro bildirib.

Müzakirələrə pişiyin iyulun 12-də Pişiksevərlər Gününə həsr olunmuş tədbirdə iştirakı səbəb olub. Bobbinin tədbirə polis əməkdaşlarının müşayiəti ilə gəlməsi cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi indoneziyalılar, xüsusən də ölkədəki sosial-iqtisadi problemlər fonunda bu cür tədbirləri həddindən artıq lazımsız hesab edirlər.

Bununla belə, Ardiantoro izah edib ki, qanuna görə prezidentin əmlakı, o cümlədən ev heyvanı dövlət hesabına qorunmalıdır.

“Dövlət təkcə rəhbərin təhlükəsizliyini deyil, həm də əmlakını təmin etməyə borcludur”, - deyə rəsmi vurğulayıb.

Seçilən
3
3
publika.az

10Mənbələr