ain.az, Yeniavaz portalına istinadən məlumat verir.
“WhatsApp” beta versiyasında oxunmamış söhbətlərin qısa xülasəsini yaratmağa imkan verən “Quick Recap” (“Qısa xülasə”) adlı yeni funksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Məlumata görə, indi istifadəçilər uzun söhbətləri oxumaq üçün vaxt itirmədən buraxılmış mesajların mahiyyəti ilə qısa bir vaxtda tanış ola biləcəklər.
Portalın məlumatına görə, “Quick Recap” funksiyası eyni vaxtda beş söhbət üçün qısa xülasə yaratmağa imkan verəcək.
Həmçinin, yeni düymə “Söhbətlər” bölməsində yerləşəcək
Tətbiqə inteqrasiya olunmuş süni intellekt (AI) oxunmamış mesajları təhlil edəcək və vaxta əhəmiyyətli dərəcədə qənaət edən qısa xülasə yaradacaq.
Bütün mesajlar istifadəçinin cihazında emal olunur və üçüncü tərəflərin onlara girişi yoxdur. "Quick Recap" funksiyası əlavə məxfilik parametrləri ilə qorunan söhbətlərə şamil edilmir.
Bu yenilik hazırda "Android" üçün "WhatsApp 2.25.21.12 beta" versiyasında mövcuddur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.