Keçən ay "WhatsApp" tərtibatçıları çatlarda oxunmamış mesajların xülasəsini yaratmağa imkan verən "Mesaj xülasəsi" funksiyasının işə salındığını elan etdilər.
Referans 3dnews.ru-ya istinadla xəbər verir ki, bununla belə, bu alət eyni vaxtda yalnız bir çatla işləyə bilirdi. Buna görə də tərtibatçılar eyni anda bir neçə çatdan mesajların xülasəsini yaratmağa imkan verən yeni "Quick Recap" funksiyasını əlavə etmək qərarına gəliblər.
Mənbənin sözlərinə görə, "Quick Recap" funksiyası eyni vaxtda beş çat üçün mesaj xülasəsini yaratmağa imkan verəcək. Bu alətdən istifadə etmək üçün sadəcə istədiyiniz çatları seçmək, üç şaquli nöqtənin olduğu menyu işarəsini sıxmaq və uyğun seçimi etmək lazımdır.
Bütün mesajlar istifadəçinin cihazında emal olunur və üçüncü tərəflərin onlara girişi yoxdur. "Quick Recap" funksiyası əlavə məxfilik parametrləri ilə qorunan söhbətlərə şamil edilmir. Bu yenilik hazırda "Android" üçün "WhatsApp 2.25.21.12 beta" versiyasında mövcuddur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta