Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kütahyada qeydə alınıb.
Belə ki, Kütahyada işçiləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 35 nəfər xəsarət alıb. Yerli polisin yaydığı məlumatda bildirilir ki, Ahmet D.-nin idarə etdiyi 45 nəfəri daşıyan avtobus Kütahya-Eskişehir Dairəvi Avtovağzal qovşağında işıqforda gözləyən İsmail K.-nin idarə etdiyi yük maşının arxadan vurub.
Qəza barədə 112 Təcili Zəng Mərkəzinə məlumat verilib, hadisə yerinə tibb və polis qrupları göndərilib.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra tibb işçiləri tərəfindən Kütahya Şəhər Xəstəxanasına və Övliya Çələbi Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.
Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.
Anar Əliyev