AZ

Ölkə ŞOKDA! Döyüş təyyarəsinin məktəb şəhərciyinə çırpılması nəticəsində çoxlu ölü var

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Banqladeşin paytaxtı Dəkkənin şimalındakı Uttara rayonunda faciəli hadisə baş verib . Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI qırıcı təyyarəsi Milestone College kampusuna düşüb.

Turkustan.az xəbər verir ki, qəza zamanı tələbələrin orada olduğu bildirilir.

Banqladeş Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi təyyarənin orduya məxsus olduğunu təsdiqləyib və hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibbi qruplar göndərilib. Yanğınsöndürən Lima Xan ilkin olaraq bildirdi ki, qəza nəticəsində ən azı 18 nəfər həlak olub.Qəzadan sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Təxminən 60 nəfər Milli Yanıq və Plastik Cərrahiyyə İnstitutuna köçürülüb. Səlahiyyətlilər yaralıların əksəriyyətinin uşaq olduğunu, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.Banqladeşin müvəqqəti hökumətinin lideri Məhəmməd Yunus hadisəyə operativ reaksiya vermək üçün bütün lazımi addımların atıldığını açıqlayıb. Yunus: "Bu, millət üçün dərin kədər anıdır. Bütün yaralılara şəfa diləyirəm. Hadisənin səbəbini açmaq üçün hərtərəfli araşdırmaya başlayırıq" dedi.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
16
icma.az

10Mənbələr