AZ

SUMQAYITDA BAŞ VERƏN YANĞIN XALQA BU MESAJI VERİR

“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5 

Xəbər verildiyi kimi, bu gecə Sumqayıt şəhərinin 6-cı mikrorayonunda çoxmənzilli yaşayış binası yandı. Nəticədə onlarla insan tüstüdən zəhərləndi, sakinlərə ciddi maddi və mənəvi ziyan dəydi.  Elmi-lədun hesablamalarımız gpstərir ki, baş verən hadisədə ciddi bir qanunauyğunluq var. Hadisənin riyazi yolla Quran rəmzlərinə bağlanması Allahdan bir xəbərdarlıq mesajı olduğunu sübut edir:

1) 29 martda baş verən Günəş tutulmasının 114-cü günüdür ki, bu da Quran rəmzidir.

2) Keçən ilin oktyabrın 7-də Nizami rayonundakı qazanxanada baş verən partlayışın (7 nəfər yaralanmış, maşınlara və evlərə ziyan dəymişdi) 286-cı günüdür ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını göstərir.

3) Fevralın 9-da Yasamalda və Xırdalanda çoxmənzilli binalarda baş verən yanğınların 164-cü günüdür ki, bundan da Quran rəmzini çıxsaq, Sumqayıt şəhərinin rəmzi (seriyası) görünür:

164 – 114 = 50 

4) Xatırladım ki, keçən il yanvarın 15-də Sumqayıtda yataqxana binası yandı. Eyni gündə həmçinin, Binəqədi rayonunda mebel fabriki yandı (yeddi işçi həyatını itirdi, xeylisi yaralandı). Bu gün həmin hadisənin 555-ci günüdür ki, bu da Quranda tövbə və cəza rəmzidir. 

NƏTİCƏ: Bu gecə Sumqayıtda yaşayış binasının yanması təsadüfi olmayıb, yolun azmış xalqımıza və onun zülm etməyi sevən rəhbərlərinə Allahdan bir xəbərdarlıq mesajıdır. Onu da xatırladım ki, yuxarıdakı bəndlərdə sadalanan hadisələr baş verəndə onların da verdiyi xəbərdarlıq mesajlarını hesablamalarla yaymışdım. Təssüf ki, bütün dörlərdə olduğu kimi, indiki dövrün insanları da İlahi xəbərdarlıqları qulaqardına vururlar. Bu da ölkədən xeyir-bərəkətin çəkilməsinə, zülmün hədsiz artmasına və yeni-yeni yanğınların və digər bədbəxt hadisəlrin baş verməsinə səbəb olur.  

“İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər (tövbə edər) və peyğəmbərlərə tabe olarıq!” deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!” Quran, 14:44 

 

Paşa Yaqub,

Həkim, elmi-lədun bilicisi 

21 iyul 2025

Seçilən
7
2
hurriyyet.az

10Mənbələr