ain.az, Avtosfer saytına istinadən bildirir.
Hadisə ABŞ-da baş verib. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Nebraska ştatından Miçiqan ştatına uçan “SkyWest” şirkətinə təyyarə Ayova ştatında qəza enişi edib. Buna səbəb sərnişinlərdən birinin 8 min metr yüksəklikdə qapını açmağa cəhd etməsi olub. Uçuş heyətinin üzvlərindən biri hava gəmisinin komandirini məlumatlandırıb və komandir qəza enişi üçün ən yaxın aeroporta sorğu verib. Paralel olaraq heyət üzvlərindən biri 4 sərnişinlə birgə problem yaradan şəxsi döyərək sakitləşdirib. Təyyarə Ayova aeroportuna endikdən sonra qayda pozan sərnişin polisə təhvil verilib.
Vüqar
A Skywest passenger faces possible federal charges after the plane was forced to make an emergency landing due to his alleged unruly behavior. The pilot told ATC the passenger tried to open the emergency exit. @MarcusMoore reports. https://t.co/QzCTi77E1a pic.twitter.com/GDnw88ccMQ
— World News Tonight (@ABCWorldNews) July 19, 2025
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.