AZ

İndoneziya prezidentinin pişiyinə şəxsi mühafizə ayrıldı

Doqquz il əvvəl İndoneziya prezidenti Prabovo Subianto tərəfindən himayəyə götürülən Bobbi adlı pişik prezident mülkiyyətinin bir hissəsi hesab olunub və bu səbəbdən rəsmi təhlükəsizlik protokollarına tabe edilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ona görə də pişiyə şəxsi mühafizə ayrılıb. Lakin sosial şəbəkə istifadəçiləri bunu dövlət resurslarının qəbuledilməz istifadəsi adlandırıblar.

Keçmişdə küçə pişiyi olan Bobbi əsl ulduza çevrilib: onun sosial şəbəkələrdə bir milyondan çox abunəçisi var və onun populyarlığı ölkə hüdudlarından kənara da yayılıb.

Seçilən
25
6
unikal.az

10Mənbələr