AZ

"Ermənistanın Aİ-yə üzvlüyü Azərbaycana görə qeyri-realdır" - Tomas Fröhlix

Ermənistanın Aİ-yə üzvlüyü hazırda tamamilə qeyri-realdır.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentində “Almaniya üçün Alternativ” fraksiyasının sədr müavini, İnsan Hüquqları Komitəsinin koordinatoru Tomas Fröhlix açıqlayıb. 

O, Ermənistanın üzvlüyünün Aİ-nin strateji maraqlarına zidd olduğunu deyib: "Hesab edirəm ki, indiki mərhələdə bu, sadəcə olaraq qeyri-realdır və mən bunu Ermənistana böyük rəğbət bəsləyən biri kimi deyirəm. Bu, xüsusən də Azərbaycanın Aİ üçün mühüm rol oynaması ilə bağlıdır. Xüsusən də Rusiya faktiki olaraq enerji resurslarının tədarükçüsü olmaqdan çıxdıqdan sonra Aİ-nin Azərbaycanla ümumi maraqları var. Bu kontekstdə Azərbaycan qismən Rusiyanın yerini tutub və onun əhəmiyyəti Brüssel üçün artıb".

Ağarza Elçinoğlu

Seçilən
16
50
unikal.az

10Mənbələr