Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Paytaxtın Atatürk prospektiylə Məmməd Araz küçəsinin kəsişməsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə iyulun 21-də saat 10:55 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, taksi fəaliyyətiylə məşğul olan 77-SG-863 dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobilin sürücüsü nişanlanma xəttinin tələbini pozub. Belə ki, yalnız düzünə hərəkətə icazə verən zolaqda hərəkət edən sürücü yolayırıcına çatan zaman anidən sola dönüb. Bu vaxt o, ən sol zolaqdakı maşına qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü dəfələrlə siqnal verərək qayda pozan şəxsə xəbərdarlıq edib. Lakin sürücü ona əhəmiyyət vermədən yoluna davam edib.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.