AZ

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib - FOTO

Müğənni Zamiq Hüseynovun adından dələduzluq edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında məlumat verib.

 

Zamiq Hüseynov bildirib ki, onun görüntüsündən süni intellekt vasitəsilə istifadə edilərək onlayn qumar oyunlarını təbliğ edən səhifələrdə reklam yayılıb.

 

Müğənni paylaşımında qeyd edib:

 

“Bu gün bir çox insan həmin görüntünü mənə göndərdi. Süni intellektlə hazırlanıb və insanları aldadaraq qumar oyunlarına cəlb edirlər. Vicdansızlıqdır! Siz pul qazanmaq üçün millətin ailəsini dağıdırsınız. Bu əməllərdən uzaq olun! Özünüzə və ailənizə yazığınız gəlsin!”

 

Fidan 

 

Seçilən
7
50
sfera.az

10Mənbələr