AZ

Həmin ölkələrdən Azərbaycanın mühüm fərqi - Prezidentdən yeni mesaj...


Akif Nəsirli: “Azərbaycan kifayət qədər nümunə göstəriləcək mövqeyə malikdir”

“Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır”.

Bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

“Biz yoxsulluq səviyyəsini 5 faizə salmışıq, Fransadakı göstərici bundan da çoxdur”, - deyən Prezident Əliyev mövcud reallığın bundan ibarət olduğunu vurğulayıb. “Bu bizim torpağımızdır. Bu bizim həyatımızdır. İstərdik ki, Azərbaycan xalqına da eyni hörmətlə yanaşsınlar. Açığı, biz Avropa mətbuatında Azərbaycanla bağlı rəyə təsir etmək səylərinin boş vaxt itkisi olduğunu görüb, bu işdən əl çəkmişik”.

Həmin ölkələrdən Azərbaycanın mühüm fərqi nədir?

“Fransanın, eləcə də digər Avropa ölkələrinin makroiqtisadi göstəriciləri yaxşı vəziyyətdə deyil”

Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, müasir mərhələdə hər bir dövlətin iqtisadi vəziyyəti internet üzərindən verilən məlumatda öz əksini tapıb. Ekspert qeyd etdi ki, yəni hansı ölkənin nə qədər xarici borcu var, ÜDM-i nə qədərdir: “Buna görə də Prezident İlham Əliyev Azərbaycanın göstəriciləri ilə bu gün öndə olan dünya ölkələrinin göstəricilərini Azərbaycanın göstəriciləri ilə müqayisə edir. Bu müqayisəli təhlil onu göstərir ki, xarici borclarına görə Azərbaycan çox yaxşı mövqeyə malikdir.

Məsələn, dünyanın lideri olan ABŞ-ın xarici borcları ümumdaxili məhsulun az qala 100 faizini keçir. Avropa ölkələrində bu 60, 70, 80 faiz civarındadır. Bu yaxınlarda Ukraynanın ABŞ silahlarını alması üçün Avropadan təşəbbüs ortaya atıldı. Həmin təşəbbüsə İtaliya, Fransa, Çexiya və digər Avropanın öncül ölkələri qoşulmadılar ki, xarici borclarımızın həcmi kifayət qədərdir, Ukrayna üçün silah almaq imkanımız yoxdur. Bu reallıqdır. Fransanın, eləcə də digər Avropa ölkələrinin makroiqtisadi göstəriciləri yaxşı vəziyyətdə deyil. Elə vəziyyətdədir ki, onların ikinci ölkə üçün hər hansı bir silah almaq imkanı yoxdur”.

A.Nəsirlinin fikrincə, makroiqtisadi göstəricilərə görə Azərbaycan yaxşı mövqedədir: “Biz bu istiqamətdə ən yüksək mövqelərdəyik. Faktdır ki, xarici borclarına görə Azərbaycan kifayət qədər nümunə göstəriləcək mövqeyə malikdir”.

İradə SARIYEVA

Seçilən
0
34
baki-xeber.com

10Mənbələr