AZ

Azərbaycanın çay ixracı azalır... Niyə?


Akif Nəsirli: “Daxildə istehsal az olduğuna görə ixracatda azalma qeydə alınır”

Çay dünyada çox geniş yayılan içkidir. Nə qədər içkilər icad olunsa da, ona tələbat ildən-ilə artır. Buna səbəb çayın xoş dadı, ətri, susuzluğu yatırması və müalicəvi əhəmiyyətinin olmasıdır.

Azərbaycanın cənub bölgəsində isə çayçılığın inkişafına hələ uzun illər bundan əvvəl başlanılıb. Azərbaycan çayına tələbat xarici ölkələrdə də yüksək olub. Belə ki, yerli çay bir çox xarici ölkələrə idxal olunur. Məlumat üçün bildirək ki, əsas ixrac bazarları arasında Gürcüstan, Rusiya və Yaxın Şərq ölkələri yer alır.

Ancaq 2025-ci ilin ilk altı ayı ərzində 344.61 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% azalma deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə çay ixracından əldə olunan gəlir 3,12 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 3,19 milyon dollar idi – cüzi fərq olsa da, 0.2%-lik ümumi ixrac payı qorunub saxlanılıb.

Maraqlıdır, çay ixracının azalmasının səbəbi nədir?

Geniş nomenklaturalı məhsullar üzrə Azərbaycanın yerli istehsalı daxili tələbatın 50 faizini belə ödəmir

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illər Azərbaycanda çayçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə dövlət proqramı icra edilir: “Məlumat üçün deyim ki, son 5-6 il ərzində Azərbaycanda çay istehsalı, demək olar ki, 6 dəfə artıb. İllər öncə Azərbaycanda 500 ton çay istehsal olunurdu, ancaq indi il ərzində təxminən 3600 ton çay istehsal olunur. Yerli istehsalın çoxalması təbii olaraq idxalın azalmasına şərait yaradır. Hələ ötən il çay istehsalı bir neçə faiz azalıb. Ancaq bir neçə faizlik geriləmə müvəqqətidir, mövsumi geriləmə ola bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, çay yığımı mövsumu may ayında başlayır: “Bu mövsumdə çay istehsalı artır. Yeni çayın satışı yay aylarından başlayır. Ona görə istehsal tempi bir qədər yüksəlir. Azərbaycana çay idxalının azalmasının əsas səbəbi ölkədə yerli çay istehsalının artımı ilə bağlıdır”.

Ixracın azalmasına gəlincə, ekspert bildirdi ki, bu, ölkə daxilində qeyri-neft sektorunun inkişafdan qalması ilə bağlıdır: “Geniş nomenklaturalı məhsullar üzrə Azərbaycanın yerli istehsalı daxili təlabatın 50 faizini belə ödəmir. Daxildə istehsal az olduğuna görə ixracat da azalır”.

Günel CƏLİLOVA

Seçilən
22
34
baki-xeber.com

10Mənbələr