Yay aylarında yüksələn temperatur və ictimai hovuzlara artan tələb səbəbindən bir çox vətəndaşlar öz həyətlərində hovuz tikdirməyə üstünlük verirlər.
Xezerxeber.az-ın məlumatına görə, memar Muxtar Ərturan bildirir ki, xüsusilə Bakı ətrafında, Abşeron rayonu və bölgələrdə villa və bağ evlərində hovuz tikintisi sifarişləri artmaqdadır. Onun sözlərinə görə, hər yay mövsümündə bu sahəyə tələbat 30-40% artır. Lakin bu il tələbat gözlənildiyi kimi olmayıb.
Bəs yay aylarında villa, bağ evi və geniş həyəti olan evlərdə hovuz tikdirmək neçəyə başa gəlir?
Muxtar Ərturanın sözlərinə görə, sadə hovuzlar təxminən 8 min manatdan başlayır.
Həcmindən və avadanlıqların keyfiyyətindən, sayından asılı olaraq, bu məbləğ 30 min manata qədər dəyişir.
Memar qeyd edib ki, açıq hovuzlardan təxminən 3 ay istifadə olunur. Tez çirkləndiyindən burada əlavə təmizlik işləri aparmaq lazım gəlir. Bundan başqa, hovuzun qışda da istifadə olunması üçün onun ətrafının bağlanması mümkündür. Parça materialından çətirlər 1000-1500 manata, avtomatik idarə olunan şüşə materialından hazırlanan çətirlər isə 3000-5000 manata başa gəlir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.