AZ

Qadınlara qarşı bu cür danışan şəxslər məsuliyyətə cəlb olunsun Şamil Paşayev

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Cəmiyyətdə və sosial mediada son dövrlərdə müşahidə olunan, Azərbaycan Respublikasının Konstitusiya dəyərlərini açıq şəkildə təhdid edən, qadınlara qarşı sistemli şəkildə aparılan ayrı-seçkilik və nifrət kampaniyaları artıq milli təhlükəsizlik səviyyəsində qiymətləndirilməlidir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri hüquqşünas Şamil Paşayev deyib.

O, bu barədə saytımıza açıqlamasında həmçinin deyib:

“Xüsusi ilə bir qrup adam var ki, boşanmış qadınlara qarşı “əxlaqsızlıq” ima və ittihamlar edir, qadınların ümumən “2-ci və ya 3-cü sort” kimi təqdim olunması, qadınlara seçki hüququnun ləğvini tələb edən çağırışlar, boşanmış qadınlara qarşı alimentin verilməməsinə təşviq və buna görə guya boşanma olasılığı kimi iddialar səsləndirirlər. O cümlədən qadının işləməsi və ictimai həyatda fəallığına qarşı düşmən mövqe sərgiləyir, Konstitusion əsasları, dövlət quruluşunu, qadınların bərabər hüquqlarını, həm də ümumi ictimai sabitliyi hədəfə alırlar”.

Şamil Paşayev bu barədə hüququn dediklərinə diqqət çəkib:

“Bu tip çağırışlar və fikirlər sadəcə şəxsi mövqe deyil, sistematik xarakter daşıyır, ictimai rəyə yönəlib, qadınlara qarşı nifrət və düşmənçilik hisslərini körükləyir. Bu çıxışlar Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə məsuliyyətə səbəb ola bilər. Belə ki, CM-nin 283.1-ci maddəsində göstərilmişdir ki, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır və cinayət məsuliyyəti doğurur. Bundan başqa, CM-nin 281.1-ci maddəsi Azərbaycan Respublikasının konstitusiya quruluşunu zəiflətməyə yönəlmiş açıq çağırışlar da məsuliyyət yaradır”.

Şamil Paşayev son olaraq deyib:

“Cinsi ayrı-seçkilik özlüyündə sosial düşmənçilik formasıdır. Cinsinə görə şəxslərin hüquqlardan məhrum edilməsi,

Aşağılanması və sosial təhlükə kimi təqdim olunması, üstünlük və ya natamamlıq prinsipləri ilə qiymətləndirilməsi isə artıq sosial düşmənçilik elementləri daşıyır. “Qadınlar zəifdir, işləməməlidir”, “Qadınlar ailəni dağıdır, alimentə görə boşanır”, “İşləyən qadın xəyanət edər” kimi fikirlər artıq təkcə ayrı-seçkilik deyil, sistematik nifrət çağırışı və düşmənçilik xarakteri daşıyır. Beynəlxalq hüquq da deyir ki, bütün bunlar ayrı seçklik əlamətləridir. Kütləvi nifrət çağırışları ilə bağlı isə cinayət işlərinin başlanması gecikmədən həyata keçirilməlidir. Bu çağırışlar gələcəkdə də gender əsaslı zorakılıq hallarının artmasına, mifik-mistik qətllərin artmasına, sosial qütbləşmə, hüquqa inamsızlıq kimi təhlükələrə yol aça bilər. Bu cür çıxışlara qarşı hamımız, düşüncə sahibləri, hüquq müdafiəçiləri, dünyəvi və hüquq bərabərliyinə inanan insanlar açıq və əsaslı tənqid və arqumentlərlə çıxış etməlidirlər. Hüquq-mühafizə orqanları isə yalnız reaksiya deyil, qabaqlayıcı və qanunla təmin olunmuş müdaxilə tədbirləri görməlidir. Media və dini qurumlarla bağlı dövlət qurumları və QHT-lər həyəcan təbili çalmalıdır. “Sabah gec olacaq” — çünki bu ritorika təkcə söz deyil, ictimai zəhərlənmədir”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə qadınlarla bağlı çıxışlarına görə tanınmış adamlar tənqid edilir. Onlar arasında psxiloq, yazıçı, biznes adamları da var.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
50
icma.az

10Mənbələr