Sarayevo, 21 iyul, AZƏRTAC
Bosniya və Herseqovinada mədənlərdə çalışan yüzlərlə işçi paytaxt Sarayevoda aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Federasiyası hökumət binası qarşısında toplaşan 500-dən çox mədənçi davamlı əməkhaqqı və pensiya şərtlərinin yaxşılaşdırılması tələbi ilə şüarlar səsləndiriblər.
Bosniya və Herseqovina Federasiyası Mədən İşçiləri Həmkarlar İttifaqının sədri Sinan Husiç Zeniça kömür mədənində çalışan mədənçilərin ən çətin vəziyyətdə olduqlarını qeyd edib.
Hökumət binasında mədənçiləri təmsil edən bir qrupla görüş keçirildiyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo