Sarayevo, 16 iyul, AZƏRTAC
Bosniya və Herseqovinada meşə yanğınları ilə mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, Lyubinye bələdiyyəsinin Popovo Polye, Trebinyska Sume, Mrkonyiçi və Driyenyani kəndlərində evlər mühafizə olunub. Yanğın əlçatmaz əraziyə yayılır, güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir. Hazırda alova helikopterlə müdaxilə olunur.
Bundan başqa, Driyencani kəndində yanğın evlərə də çatıb. Yasen və Cibrcandakı yanğınlar lokallaşdırılıb. Trbiny təpələrində isə yanğın hələ də aktivdir, lakin evlər üçün təhlükə yaratmır.
Qeyd edək ki, artıq 11-ci gündür ölkənin müxtəlif bölgələrində yanğınlarla mübarizə aparılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo