İtaliyanın "Napoli" klubu A Seriyasının digər təmsilçisi "Bolonya"dan Sem Bökemanı transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


26 yaşlı niderlandlı müadfiəçi ilə müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.


Bökema 2023-cü ildən çıxış etdiyi "Bolonya"da 80 oyun keçirib, iki qol və üç məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt"ın məlumatına görə, arxa xətt oyunçusunun bazar dəyəri 28 milyon avrodur.