İtaliyanın "Napoli" klubu A Seriyasının digər təmsilçisi "Bolonya"dan Sem Byokemanı transfer edib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı niderlandlı müadfiəçi ilə müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, S.Byokema 2023-cü ildən çıxış etdiyi "Bolonya"da 80 oyun keçirib, iki qol və üç məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt"ın məlumatına görə, arxa xətt oyunçusunun bazar dəyəri 28 milyon avrodur.