Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində İrlandiya çempionu "Şelburn"un qonağı olacaq.
İdman.biz xəbər verir ki, rəqib komanda avrokuboklarda evdə keçirdiyi son 11 oyunda məğlub olmayıb.
İrlandiyalılar bu qarşılaşmaların 6-da qalib gəlib, 5-də isə heç-heçə oynayıblar. "Hayduk", "Deportivo", "Lill" kimi komandalar Dublindəki "Tolka Park"da qələbə qazana bilməyiblər. Düzdür bu oyunlar 2003/2004 və 2004/2005-ci illər mövsümlərinə təsadüf edib. "Şelburn"u sonuncu dəfə öz meydanında "Olimpiya" (Sloveniya) məğlub etməyi bacarıb.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri İrlandiya çempionu ilə sabah qarşılaşacaq. II təsnifat mərhələsinin ilk matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab oyunu iyunun 30-da Bakıda olacaq.
"Şelburn" Avropa kuboklarında evdə keçirdiyi son 11 oyunu
0:0 KR Reykyavik (İslandiya)
2:0 "Hayduk" (Xorvatiya)
0:0 "Deportivo" (İspaniya)
2:2 "Lill" (İspaniya)
4:1 "Qlentoran" (Şimali İrlandiya)
0:0 "Styaua" (Rumıniya)
4:0 "Vetra" (Litva)
1:0 "Odense" (Danimarka)
2:1 "Saint Jozef" (Cəbəllütariq)
0:0 "Sürix" (İsveçrə)
1:0 "Linfild" (Şimali İrlandiya)
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.