UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelbrun”la (Shelbourne) qarşılaşacaq “Qarabağ” bu gün İrlandiyaya yollanıb.
QOL.az xəbər verir ki, komanda təxminən 6 saat yarımlıq uçuşdan sonra paytaxt Dublinə çatıb.
Ağdam klubunun bu günə məşqi nəzərdə tutulmayıb. Sabah Dublin vaxtı ilə saat 18:45-də (Bakı vaxtı ilə 21:45) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da isə komandanın "Tolka Park” arenasında məşqi keçiriləcək.
Qeyd edək ki, iyulun 23-də keçiriləcək "Şelburn" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.