AZ

Naxçıvanda I yarımildə iqtisadi artım ölkə göstəricisini 3 dəfə üstələyib

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında 760 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı əlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.

Onun sözlərinə görə, bu, ötən eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.

Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycanda 62 milyard 78,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox ÜDM istehsal olunub. Başqa sözlə, muxtar respublikada iqtisadi artım tempi ölkə üzrə göstəricini 3 dəfə üstələyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
37
bakivaxti.az

10Mənbələr