AZ

“Qızıl Pəri” mükafatının müsabiqəsi elan edildi

BAKI, 21 iyul. TELEQRAF

“Qızıl Pəri” peşə mükafatının 2025-ci il müsabiqəsi elan edilib.

Bu barədə Teleqraf -a Professional Kinorejissorlar Gildiyasından məlumat verilib.

Müsabiqədə 2019-cu ilin yanvarın 1-dən 2025-ci ilin iyulun 1-nə qədər Azərbaycan ərazisində ilk dəfə kütləvi şəkildə nümayiş edilmiş kinematoqrafik əsərlər, TV efirində ilk nümayişləri 2019-cu ilin yanvarın 1-dən 2025-ci ilin iyulun 1-nə qədər həyata keçirilmiş audiovizual əsərlər iştirak edə bilər.

Əsərlərin və sənədlərin qəbulu oktyabrın 1-nə kimi davam edəcək.

Müsabiqədə 20-dən çox nominasiya üzrə mükafatlar təqdim olunacaq. Qaliblər dekabrın 28-də - Dünya Kinosunun 130 illiyi münasibətilə keçiriləcək mərasimdə elan ediləcək.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Qeyd edək ki, peşə mükafatı Azərbaycan Professional Kinorejissorlar Gildiyası,Aktyorlar Gildiyası, Prodüserlər Gildiyası və “Azərbaycanfilm”ın dəstəyi ilə həyata keçirilir. Mükafatın məqsədi milli kinematoqrafın inkişafına dəstək, milli mənəvi dəyərlərin qorunub saxlanılması və bu sahədə çalışan peşəkarları – müəllifləri, ifaçıları, prodüserləri və digər peşə sahiblərini həvəsləndirməkdir.

Seçilən
57
22
teleqraf.com

10Mənbələr