2025/2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə başlanılıb.
Bu barədə Teleqraf-a Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib.
Bildirilib ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər 18 iyul – 1 avqust 2025-ci il tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.