Bunu Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, Azərbaycan ilk dəfə olaraq Yaxın Şərq regionuna, konkret olaraq dost münasibət sərgiləyən Suriyaya qaz ixracı imkanı əldə edir:
“Bu hadisə, Azərbaycanın 2007-ci ildən etibarən qaz ixracını genişləndirmə və şaxələndirmə siyasətinin növbəti mərhələsidir. Əgər 2020-ci ildən etibarən Azərbaycan əsas diqqətini Avropa bazarlarına yönəltmişdisə, bu gün beş il sonra artıq yeni bir coğrafiyada Azərbaycan qazına tələbat formalaşıb. Bu, Azərbaycanın enerji strategiyası üçün yeni imkanlar açır və ölkənin ixrac coğrafiyasının daha da diversifikasiyasını təmin edir. Yaxın Şərq bazarına çıxış, xüsusilə Suriyaya qaz ixracı, təkcə iqtisadi deyil, həm də siyasi və strateji baxımdan önəmlidir. Bu addım, Azərbaycanla dost münasibətlərdə olan ölkələrin enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, ölkəmizin regional nüfuzunun artmasına da xidmət edir. Gələcək mərhələlərdə bu bazarda müxtəlif enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır ki, bu da Azərbaycanın enerji diplomatiyasının güclənməsi baxımından əhəmiyyətli addımdır”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
525.az“”in 22 iyul sayında nələr var? ANONS ( 19528466)
-
525.azÇin Aİ liderlərinin növbəti sammiti keçiriləcək ( 19524725)
-
icma.azPekində 25 ci Aİ Çin Sammiti: Ukrayna müzakirə olunacaq ( 19513214)
-
525.az25 ölkə İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri qaldırmağa çağırıb ( 19512995)
-
report.azPənah Musayev: "Kiber Yay Məktəbi" hər il daha çox iştirakçı ilə yadda qalır ( 19512875)
-
azertag.azEkspert: Azərbaycan qazının Suriyaya nəqli Bakı ilə Dəməşq arasında nəqliyyat layihələrinin inkişafı üçün baza yaradacaq – MÜSAHİBƏ ( 19512338)
-
demokrat.azBu, Azərbaycanın enerji strategiyası üçün yeni imkanlar açır ( 19504160)
-
demokrat.az"Bu, Azərbaycanın enerji strategiyası üçün yeni imkanlar açır" ( 19504142)
-
aznews.azAzərbaycan Kabildə Peşəkar Xalçaçılıq Mərkəzinin yaradılmasını maliyyələşdirib ( 19486010)
-
aznews.azTural İsmayılov: “Azərbaycan neytrallığını qoruyur, regionda sülhün tərəfdarıdır” ( 19485815)