AZ

Azərbaycanda 6 ayda hava nəqliyyatı ilə 4,1 milyard dollarlıq yük daşınıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatıvasitələri ilə 4,1 milyard ABŞ dolları dəyərində 7,3 min ton yükdaşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 2,3 milyard ABŞ dolları və ya 2,3 dəfəçox, həcm ifadəsində isə 62,8 min ton və ya 9,6 dəfə azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan181 milyon ABŞ dolları dəyərində 1 023 ton yük ixrac edilib ki, buda illik müqayisədə dəyər baxımından 22,5 milyon ABŞ dolları və ya14,2% artım, həcm ifadəsində isə 62,7 min ton və ya 62,3 dəfəazalma deməkdir.

Eyni zamanda, dövr ərzində hava nəqliyyatı vasitəsiləAzərbaycana 3,9 milyard ABŞ dolları dəyərində 6 283 ton yük idxaledilib. Bu isə 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nisbətəndəyər ifadəsində 2,3 milyard ABŞ dolları və ya 2,5 dəfə artıb, həcmbaxımıdan isə 44 ton və ya 0,69% azalıb.

Məqalədə:
Seçilən
11
2
az.trend.az

10Mənbələr