ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elimizin toy kimi gözəl adəti var. Bu xoş gün sadə vətəndaşlarla yanaşı, məşhurların da ailəsində yaşanıb. Onların illər əvvələ aid toy görüntlərinin mətbuatda tez-tez gündəmə gəlir. Hazırda ailə quran həmin tanınmışlardan xoşbəxt olanlar da var, evliliklərini tez zamanda bitirənlər də... Bəs görəsən illər əvvəl hansı məşhurlar "Vağzalı"ilə gəlin köçüb?
Bu dəfə BAKU.WS saytı olaraq illər əvvəl toyu olan məşhurları araşdırdıq. Həmin siyahısını oxuculara təqdim edirik:
Xalq artisti Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova 33 il əvvəl ailə qurub. Onunn toy görüntüləri ATV-də yayımlanan "7 canlı" proqramında nümayiş olunub.
Xalq artistinin şad günü 1988-ci ildə baş tutub. Toyda ifaçının və həyat yoldaşı Ədalət Hacıyevin yaxın qohumları və ailə üzvləri, unudulmaz sənətkar Şövkət Ələkbərova, Xalq artisti, mərhum aktyor Rafael Dadaşov və başqa tanınmışlar yer alıblar. Sənətçinin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur.
Onların bu evlilikdən Cahad adlı bir övladı var.
Aparıcı Zümrüd Bədəlova
Aparıcı Zümrüd Bədəlovanın illər əvvəl baş tutan toyunun kadrları "Gün ortası" verilişində nümayiş olunub. Bədəlovanın toyu 19 il əvvəl, yəni 2006-cı ildə keçirilib. Onun bir qızı var. Aparıcı efirdə toy görüntülərini görərkən həm təəccüblənib həm də kövrəlib.
Müğənni Safura Əlizadə
Safura Əlizadə 12 il əvvəl, yəni 2013-cü ildə mərhum sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub. Sənətçinin təmtəraqlı toy mərasimi "Palmalife Resort and Spa" hotelində keçirilib. Mərasiminə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, prodüser Tarix Əliyev (Tolik), "Bakılı oğlanlar" komandasının keçmiş üzvü Elçin Əzizov də iştirak ediblər. Toyda Safuranı stilist Anar Ağakişiyev bəzəyib. Hazırda cütlüyün Aişə, İsgəndər və Natiq adlı üç övladı var.
Müğənni İradə İbrahimova
İradə İbrahimova 2009-cu ildə ailə qurub. Sənətçi Ceyhun İzzər adlı Azərbaycan əsilli türk biznesmenlə evlənib. İradə toyundan əvvəl bəylə birlikdə Mirmöhsün Ağanın məzarını ziyarət edib. Toyu əməkdar artist Ənvər Sadıqovun rəhbərliyi altında müğənni Abbas Bağırov idarə edib. Aparıcı isə Nəsib Nura həvalə olunub. İradə toyunda Brilliant Dadaşovanın repertuarından "Səninəm" mahnısını bəy üçün oxuyub. Toyda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Arif Babayev, Tünzalə Ağayeva və digər şəxslər iştirak ediblər. Ümumilikdə mərasimə 600 nəfərin dəvət edildiyi bildirilir. Cütlüyün hazırad İpek və Əli adlı iki övladı var.


Müğənni Aysel Teymurzadə
Aysel Teymurzadə 2012-ci ildə ailə qurub. Həmin ilin may ayında Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla gizlin nişanlanan Aysel, elə toyunu da hamıdan xəbərsiz edib. Onun toyu iyul ayında olub. Murad Adıgözəlov həyat yoldaşına oxumağı və efirlərə çıxmağı qadağan edib. Həmin vaxt Murad Adıgözəlovun 42, Ayselin isə 23 yaşı olub. Hazırda cütlüyün üç övladı var. Bir müddət əvvəl yerli mətbuatda onların ayrıldığı ilə bağlı şayiələr yayılıb. Lakin tərəflər bu barədə açıqlama verməyib.

Müğənni Elnarə Xəlilova
Müğənni Elnarə Xəlilova telejurnalist Rövşən Cahangirovla ailə qurub. Onun dörd övladı var. Elnarənin toyunda geyindiyi gəlinlik açıq-saçıqlaığına görə müzakirələrə səbəb olmuşdu. Sənətçi müsahibələrindən birində "İndiki ağlım olsaydı, belə gəlinlik geyinməzdim. Hərdən yoldaşıma deyirəm ki, o gəlinliyi mən geyinmişdim, bəs sən hara baxırdın? Qoymazdın məni elə geyinməyə" deyə bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.